Poçt vasitəsilə 835 min dollarlıq yük daşınıb

  19 Avqust 2019    Oxunub : 654
Poçt vasitəsilə 835 min dollarlıq yük daşınıb
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan poçt vasitəsilə ümumilikdə 2 ton yük daşınıb ki, bu yüklərin dəyəri 835 min 260 ABŞ dollarıdır.
Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeddi ayda poçt vasitəsilə ixrac olunan 40 kiloqram yükün dəyəri 11 min 670 dollar təşkil edib. İdxal edilən yüklərin həcmi 1 ton 960 kiloqram, dəyəri isə 823 min 590 dollar olub.

Azvision.az

Teqlər: DGK   Poçt   Daşınma