Bakıda avtoxuliqan saxlanıldı
Polis əməkdaşları tərəfindən avqustun 19-da idarə etdiyi avtomobillə birlikdə Kubinka adlanan ərazidə saxlanılan Kamil Babayev ərazidə yaşayan insanların, tanışlarının müdaxiləsindən istifadə edərək həmin gün qaçmağa müvəffəq olub. Lakin o, avqustun 21-də Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Onun barəsində toplanan materiallar qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmədə avtoxuliqanlıq əməlləri sübut edilən Kamil Babayevin sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb. O, bir ay müddətinə inzibati həbs olunub və polisin qanuni tələbinə tabe olmadığına görə 200 manat məbləğində cərimə edilib.
Azvision.az
Teqlər: DYP Avtoxuliqan