Ağac kəsən şəxs 2360 manat cərimələndi

  22 Avqust 2019    Oxunub : 838
Ağac kəsən şəxs 2360 manat cərimələndi
Tovuz rayonunda ağac kəsilməsi ilə bağlı daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, araşdırma zamanı Tovuz şəhəri İstiqlal küçəsi 3 ünvanında 1 ədəd söyüd ağacının şəhər ərazisində aparılan abadlaşdırma və təmizlik işləri zamanı Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi Fazil Həsənov tərəfindən icazəsiz kəsildiyi məlum olub.

Faktla bağlı F.Həsənov barəsində protokol tərtib edilib və o, 2360 manat məbləğində cərimə edilib. Eyni zamanda, kəsilmiş ağacın yerinə yeni ağacların əkilməsi üçün Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib. Ağacların əkilməsinə və onlara qulluq göstərilməsinə nəzarət olunacaq.

Azvision.az

Teqlər: ETSN   Cərimə