Taxta bazarındakı yanğında 2 nəfər xəsarət alıb

  22 Avqust 2019    Oxunub : 781
 Taxta bazarındakı yanğında 2 nəfər xəsarət alıb
Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən boğulma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.



Əlavə məlumat veriləcək.



Azvision.az

Teqlər: FHN   Yanğın