Orta aylıq əməkhaqqı 816,8 manat oldu

   Orta aylıq əməkhaqqı 816,8 manat oldu
  29 Avqust 2019    Oxunub:3490
Bu ilin yanvar-iyun aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 3,5 faiz artaraq 816,8 manat olub.
Azvision.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti