İşəgötürənlərin iştirakı ilə tədbir keçirilib
Bildirilib ki, əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün nəzərdə tutulub. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.
Tədbirdə həmçinin qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün birgə müzakirələr aparılıb. Bildirilib ki, qeyri-rəsmi məşğulluq əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olur.
Hər iki mövzu ilə bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici bukletlər paylanılıb.
Azvision.az
Teqlər: ƏƏSMN