KOBİA-da biznes assosiasiyaları ilə görüş keçirilib

KOBİA-da biznes assosiasiyaları ilə görüş keçirilib
  04 Sentyabr 2019    Oxunub:2097
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) ölkəmizdə fəaliyyət göstərən və sıralarında yüzlərlə sahibkarları birləşdirən biznes assosiasiyaları ilə görüş keçirilib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, nar, arıçılar, şərab, xurma, zeytun, tikinti materialları, turizm, mebel, qablaşdırma, tekstil, maşın və avadanlıqlar istehsalçıları və ixracatçıları, eləcə də qadın və əlil sahibkarlar assosiasiyalarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə sahibkarlar dövlət dəstəyi mexanizmləri, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixi Fərmanı ilə təsdiq olunmuş daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyinin göstərilməsi qaydaları barədə məlumalandırılıb.

Görüşdə həmçinin, biznes assosiasiyalarının gücləndirilməsi və bu sahədə KOBİA ilə əməkdaşlıq imkanları müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Diqqətə çatdırılıb ki, müvafiq qaydalara uyğun olaraq, daxili bazar araşdırmaları üçün dövlət dəstəyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilir və sahibkarlar maraqlı olduqları daxili bazar araşdırmasının aparılması üçün KOBİA-ya müraciət edə bilərlər. Sahibkarlar və biznes assosiasiyaları daxili bazar araşdırmaları ilə bağlı ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsində yaradılmış bölmədən (https://azvision.az/redirect.php?url=http://smb.gov.az/nav/daxili-bazar-arasdirmalari) əldə edə bilərlər.

Tədbirdə iştirak edən sahibkarlar assosiasiyalarının nümayəndələri sahibkarların son zamanlar daxili bazar araşdırmalarının aparılmasına xüsusi maraq göstərdiklərini, daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsinin müvafiq sahədə xərcləri və riskləri azaldacağını, yeni istehsal sahələrinin, məhsul və xidmətlərin yaranmasına əhəmiyyətli töhfə verəcəyini bildiriblər.


Azvision.az


Teqlər: KOBİA  





Xəbər lenti