Hüquqi şəxslərin dövlət qeydiyyatı artıb

Hüquqi şəxslərin dövlət qeydiyyatı artıb
  12 Sentyabr 2019    Oxunub:1951
Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illərdə həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron üsulla aparılır.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Azvision.az -a bildirilib ki, cari ilin 8 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində sürətli artım dinamikası müşahidə olunub.

həmin dövrdə qeydiyyata alınmış hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,3 faiz artıb, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 80,9 faizdən 87,3 faizədək yüksəlib.

Son üç ayda isə e-qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub. Bu ilin əvvəlindən tətbiq edilən yeni qeydiyyat üsulu (finkod+mobil nömrə) e-qeydiyyatın xüsusi çəkisini daha da artırıb.

Azvision.az


Teqlər: Vergi  





Xəbər lenti