Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılır

Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılır
  21 Sentyabr 2019    Oxunub:1895
Müəssisələrin fəaliyyətinin ekoloji normalara uyğunlaşdırılması üçün sənədlərın alınma prosesində şəffaflığın tam təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) görüş keçirilib.
ETSN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə Nazirliyin rəhbər işçiləri, ekoloji normativ sənədləri hazırlayan mütəxəssislər, 20-dən çox aidiyyəti dövlət qurumlarının əməkdaşları, alimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Vətəndaşların məmnunluğunun təmin olunması ücün ekoloji normativ sənədlərin sayının azaldılması, xüsusi icazə və rəy sisteminin sadələşdirilməsi, bu sənədlərin verilməsinin "ASAN xidmət" vasitəsilə həyata keçirilməsi məsələləri müzakirə olunub və bu istiqamətdə müvafiq təkliflər dinlənilib.

Müzakirələrdə ETSN-in şəffaf icazə və rəy sisteminin yaradılmasında, vətəndaşların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında, dövlət xidmətlərinin insanlar üçün daha asan və səmərəli təşkil edilməsində maraqlı olduğu diqqətə çatdırılıb və tərəf müqabillərinin bu işdə yaxından iştirak etmələrinin vacibliyi vurğulanıb.

Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti