Bu il 853 min tonadək buğda idxal olunub

  21 Sentyabr 2019    Oxunub : 676
Bu il 853 min tonadək buğda idxal olunub
Bu ilin yanvar-avqust aylarında ölkəyə 852 min 878 ton buğda idxal olunub.
Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu müddətdə idxal edilən buğdanın dəyəri 186 milyon 213 min ABŞ dollarıdır.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə 130 milyon 955 min dollar dəyərində 730 min 990 ton buğda idxal edilib.

Azvision.az

Teqlər: Statistika   Buğda   Gömrük