Güclü külək bəzi ərazilərdə toz dumanı yaradıb

Güclü külək bəzi ərazilərdə toz dumanı yaradıb
  21 Sentyabr 2019    Oxunub:2625
Güclü külək bəzi şəhər ətrafı ərazilərdə qumu havaya qaldıraraq toz dumanı yaradıb.
Bu barədə Azvision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bildirilib ki, həmin ərazidəki yollarda görünüşlə bağlı çətinliklər yaranıb: "Əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyyə edirik".

Azvision.az


Teqlər: ETSN   Külək   Toz   Duman  





Xəbər lenti