İnformasiya və rabitə xidmətlərinin həcmi 17,6 faiz artıb

İnformasiya və rabitə xidmətlərinin həcmi 17,6 faiz artıb
  25 Sentyabr 2019    Oxunub:1879
Cari ilin ilk 8 ayı ərzində Azərbaycanın informasiya və rabitə xidmətləri sahəsində 17,6 faiz artım olub və vəsaitlər 14 milyard manata çatıb.
Azvision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. O bildirib ki, bu, kifayət qədər vacib rəqəmdir.

“İnformasiya və rabitə sahəsində şirkətlərimiz daha çox ixracatla məşğuldurlar. Bu, Azərbaycan iqtisadiyyatının innovativ inkişafını göstərir. İnnovativ şirkətlərimiz, xüsusilə İT sahəsində olan şirkətlər öz məhsullarını rahat şəkildə dünya bazarlarında sata bilirlər”.

V.Qasımlı qeyd edib ki, Azərbaycan startaplarının güclü mentorluq dəstəyinə ehtiyac var. Onun sözlərinə görə, startaplar Azərbaycan miqyası ilə kifayətlənə bilməz, onlar dünya maliyyə bazarlarına çıxmalıdır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vüsal-Qasımlı  





Xəbər lenti