Naxçıvanın xarici ticarət dövriyyəsi artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi artıb
  25 Sentyabr 2019    Oxunub:1631
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2019-cu ilin yanvar-avqust aylarında 325 milyon 495 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, ixracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 285 milyon 764 min 900 ABŞ dolları təşkil edib, 246 milyon 34 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Azvision.az



Teqlər: Naxçıvan   Xarici   Ticarət  





Xəbər lenti