Yeni zavodlarda 3000 ton yerli və xarici toxum emal olunub
Emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar təmizlənərək kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılır.
Zavodların əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir və mövsümdə toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayır.
Hazırda zavodlarda emal prosesi davam edir.
Azvision.az
Teqlər: Nazirlik Taxıl Toxum Zavod