Şəkidə yeni yaşayış massivinə qaz verilib

Şəkidə yeni yaşayış massivinə qaz verilib
  28 Sentyabr 2019    Oxunub:1584
Şəki şəhəri 98-ci kvartal adlanan yeni massivdə 113 abonent qazla təmin olunub.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, yeni yaşayış massivinin qazlaşdırılması üçün ümumilikdə 10 426 metr müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 113 ədəd qaz sayğacı quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahəsində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti