Kreditləşmə ilə bağlı təkliflər müzakirə edilib

Kreditləşmə ilə bağlı təkliflər müzakirə edilib
  01 Oktyabr 2019    Oxunub:1638
Kreditləşmə ilə bağlı təkliflər müzakirəyə çıxarılıb.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) Azvision.az -a verilən məlumata görə, Azərbaycan Kredit Bürosunun (AKB) rəhbərliyi və assosiasiyanın “Kredit işi” Ekspert Qrupu arasında görüş keçirilib.

Görüşdə Ekspert Qrupu tərəfindən kreditləşmə ilə bağlı AKB-yə təqdim edilmiş təkliflərə baxılıb və bu istiqamətdə müzakirələr aparılıb. Sonda təkliflərlə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Azvision.az



Teqlər: ABA   Kredit   Müzakirə  





Xəbər lenti