Əfqanıstan SOCAR-la əməkdaşlığı genişləndirir

  11 Oktyabr 2019    Oxunub : 652
Əfqanıstan SOCAR-la əməkdaşlığı genişləndirir
Əfqanıstan SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlıdır.
SOCAR-dan Azvision.az -a verilən məlumata görə, oktyabrın 11-də şirkətin prezidenti Rövnəq Abdullayev Əfqanıstanın Sənaye və Ticarət naziri Acmal Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-Əfqanıstan iqtisadi əlaqələrinin inkişafında neft-qaz sahəsində münasibətlərin roluna toxunulub, son illərdə Azərbaycanda istehsal olunan neft məhsullarının Əfqanıstanın yanacaq bazarında mühüm yer tutduğu vurğulanıb.

Əfqanıstanlı nazir A.Əhmədi ölkəsinin yanacaq bazarı barədə SOCAR-ın prezidentinə məlumat verib, idxalın şaxələndirilməsi məqsədilə SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlı olduqlarını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivlərini müzakirə olunub.

Azvision.az

Teqlər: Əfqanıstan   SOCAR