Özəl sektorda əmək müqavilələrinin sayı 16,5% artıb

  14 Oktyabr 2019    Oxunub : 766
Özəl sektorda əmək müqavilələrinin sayı 16,5% artıb
Oktyabr ayının sonunda Məşğulluq alt sistemi tam istifadəyə veriləcək.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. “Pensiyaçının dostu” proqramı barədə məlumat verən nazir 1 yanvar 2019-cu ildə ölkədə ilk elektron pensiya təyinatına başlanıldığını və bu günə qədər 14 mindən çox insana e-qaydada pensiya təyin edildiyini deyib.

S.Babayev Azərbaycanın yeni Məşğulluq Strategiyası, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, həmçinin ölkəmizdə icra olunan və artıq 38 min işsizin əmək müqaviləsi ilə ödənişli ictimai işlərə cəlb olunduğu “İşsizin dostu” proqramı barədə məlumat verib. Bildirib ki, Azərbaycanda icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi ötən il 6 dəfədən çox artıb, 2019-cu ildə isə bu proqram əsasında 10 min kiçik ev təsərrüfatı və kiçik müəssisə yaradılması nəzərdə tutulub.

Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönələn tədbirlərdən söz açan nazir qeyd edib ki, 1 oktyabr 2019-cu il tarixinə özəl sektorda əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 min 962 müqavilə və ya 16,5%, bu sektorda əmək haqqı fondu isə 33,4% artıb.

Azvision.az


Teqlər: Pensiya   ƏƏSMN