"Bakı Metropoliteni"nə 40 milyon manat subsidiya veriləcək

"Bakı Metropoliteni"nə 40 milyon manat subsidiya veriləcək
  19 Oktyabr 2019    Oxunub:1423
2020-ci ildə dövlət büdcəsindən "Bakı Metropoliteni" QSC-yə 40 milyon manat subsidiya ayrılacağı gözlənilir.
Azvision.az xəbər verir ki, bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə qeyd olunub.

Sənədə əsasən, hesabat dövründə "Azərbaycan Hava Yolları" QSC-yə 10 milyon manat (Naxçıvan MR-ə həyata keçirilən aviareyslərə görə yaranmış zərərin ödənilməsi üçün), "Azərkosmos" ASC-yə 28 milyon manat vəsait ayrılması nəzərdə turtulub.

Azvision.az



Teqlər:





Xəbər lenti