Əsas kapitalın 71,5 faizi tikintiyə xərclənib

Əsas kapitalın 71,5 faizi tikintiyə xərclənib
  21 Oktyabr 2019    Oxunub:1650
Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 49,4 faizi sənaye, 22,1 faizi isə tikinti sahələrinə yönəldilib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, 9 ayda əsas kapitala yönəldilmiş ümumi vəsaitin 13,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, hər birində 2 faiz olmaqla informasiya və rabitə, təhsil, hər birində 0,9 faiz olmaqla əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, ticarət, nəqliyyat vasitələrinin təmiri, 0,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,6 faizi peşə, elmi və texniki fəaliyyət, hər birində 0,5 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, digər sahələrdə xidmətlərin göstərilməsi, 0,3 faiz maliyyə və sığorta fəaliyyəti, 0,2 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrinə sərf edilib.

Azvision.az



Teqlər: DSK  





Xəbər lenti