İrana gedən azərbaycanlıların sayı artıb

 İrana gedən azərbaycanlıların sayı artıb
  21 Oktyabr 2019    Oxunub:2276
2019-cu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz artaraq 4201,5 min nəfər olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, ölkə vətəndaşlarının 36,3 faizi İrana, 29,0 faizi Gürcüstana, 17,5 faizi Rusiya Federasiyasına, 11,8 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə gedib. Gedənlərin 63,8 faizini kişilər, 36,2 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,1 faiz, Gürcüstana gedənlərin sayı 12,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,5 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,7 faiz artıb.

Cari ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər etdən Azərbaycan Respublikası vətəndaşlarının 82,1 faizi dəmir yolu və avtomobil, 17,2 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.

Azvision.az


Teqlər: Gömrük   Azərbaycan  





Xəbər lenti