İnam Kərimov Oğuzda qəbul keçirəcək

İnam Kərimov Oğuzda qəbul keçirəcək
  21 Oktyabr 2019    Oxunub:3258
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov oktyabrın 25-də saat 11:00-da Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a bildiriblər ki, həmin gün saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Qax Dövlət Aqrar İnkişaf Mərkəzində Qax və Şəki rayonlarından olan vətəndaşları qəbul edəcək. Oktyabrın 25-də Zaqatalada planlaşdırılan vətəndaş qəbulunun yeri isə dəyişdirilib. Zaqatala və Balakən rayonlarından olan vətəndaşların Qax Dövlət Aqrar İnkişaf Mərkəzində qəbulu nəzərdə tutulur.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-2237528) və Qax Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-3610891) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Azvision.az


Teqlər: Nazir   Qəbul  





Xəbər lenti