Kredit borcunu ödəməyənlərin sayı 3 dəfə azalıb

 Kredit borcunu ödəməyənlərin sayı 3 dəfə azalıb
  24 Oktyabr 2019    Oxunub:1880
2019-cu ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə kreditor borclarını ödəməkdən qəsdən yayınma halı 3 dəfə azalıb.
Bu barədə Azvision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma hallarında 2,2 dəfə azalma olub: "İctimai mənəviyyat əleyhinə olan cinayətlər 1,5 dəfə, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər 30,2 faiz, xuliqanlıq 24,8 faiz, dələduzluq 24,1 faiz, quldurluq 23,8 faiz, hədə-qorxu ilə tələb etmə 20,4 faiz artıb, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə 18,5 faiz, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlər 14,3 faiz, insan alveri ilə bağlı cinayətlər 4,5 faiz, oğurluq halları 1,7 faiz azalıb”.

Bundan başqa, qeyd olunub ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma 3 dəfə, qaçaqmalçılıq 1,7 dəfə, istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər 1,6 dəfə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər 36,3 faiz, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə 25,3 faiz, qanunsuz ağac kəsmə 25 faiz, soyğunçuluq cinayətləri isə 2,1 faiz artıb”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Cinayət   Statistika  





Xəbər lenti