Bank sektorunun xalis mənfəəti 3 dəfə artıb
Kredit portfelinin 61.6%-ni biznes, 38.4%-ni isə istehlak kreditləri təşkil edib. Aktivlərin 46.4%-ni xarici valyutada olan aktivlər təşkil edir. Kredit portfelinin 34.8%-i xarici valyutadadır.
2019-cu ilin sentyabr ayında fiziki şəxslərin əmanətləri 8,491.3 mln. manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 2.7% (221.6 mln. manat) artım deməkdir. Artım daha çox tələbli əmanətlər hesabına baş verib. Belə ki, ilin əvvəlindən tələbli əmanətlər 8.4% (235.0 mln. manat) artıb. Digər müsbət trend milli valyutada olan əmanətlərin 21.8% (665.3 mln. manat) artmasıdır. Xarici valyutada olan əmanətlər isə əksinə olaraq 8.5% (443.7 mln. manat) azalıb.
9 ay ərzində bankların əməliyyat gəlirləri 1 935,1 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 15,1% çox), əməliyyat xərcləri 1 242,7 milyon manat (6% çox), xüsusi ehtiyatlara ayırmaları 135,7 milyon manat (56,75% az), digər gəlirləri 21,4 milyon manat (17,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 55,4 milyon manat (2,2 dəfə çox) təşkil edib.
Azvision.az
Teqlər: Bank