Dövlət Neft Fondu 5 tondan çox qızıl alıb

Dövlət Neft Fondu 5 tondan çox qızıl alıb
  25 Oktyabr 2019    Oxunub:1949
Dövlət Neft Fondu (ARDNF) cari ilin üçüncü rübündə 5 tondan çox qızıl alıb.
Azvision.az Neft Fonduna istinadən xəbər verir ki, bu il sentyabrın 30-na ARDNF-in investisiya portfelində qızılın ümumi miqdarı 100,66 ton olub.

2019-cu ilin ikinci rübünün sonuna olan məlumata əsasən, Dövlət Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 95,47 ton idi. Beləliklə də, Neft Fondu bu ilin iyul-sentyabr aylarında 5,19 ton qızıl alıb.

Ümumilikdə isə qeyd edək ki, ötən ilin sonu ilə müqayisədə ARDNF cari ildə 49,71 ton qızıl alıb.

Azvision.az



Teqlər: ARDNF   Qızıl  





Xəbər lenti