Neft Fondunun 9 aylıq gəlir və xərcləri
Hesabat dövründə fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 milyard 640,3 milyon manat təşkil edib.
9 ayda ARDNF-in 2019-cu il büdcəsinin icrası çərçivəsində 7 milyard 536 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 126,4 milyon manat vəsait ayrılıb. Yanvar-sentyabr aylarında fondun idarə edilməsi ilə bağlı xərcləri 18 milyon manat olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərci 219,8 milyon manat təşkil edib.
Sentyabrın 30-na Neft Fondunun aktivləri cari ilin əvvəlinə (38 milyard 515,2 milyon ABŞ dolları) nisbətən 10,4 faiz artaraq 42 milyard 524,4 milyon dollara bərabər olub.
Aktivlərin artımı ARDNF-in büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər hesabına baş verib. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6 faiz), bu ilin 9 ayı ərzində müvafiq göstərici 15,2 faiz təşkil edib.
Azvision.az
Teqlər: ARDNF Gəlir Xərc Manat Vəsait Statistika