Əmanətlərin Sığortalanması Fondu kreditorlara müraciət edib

Əmanətlərin Sığortalanması Fondu kreditorlara müraciət edib
  30 Oktyabr 2019    Oxunub:1709
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan banklarda 17 min manat ekvivalentinədək kreditor tələbi olan fiziki şəxslərə müraciət edib.
Fonddan Azvision.az -a bildirilib ki, ləğv prosesində olan “Atrabank” ASC”, “Royalbank” ASC, “Kredobank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Bank Standard” KB, “Yunayted Kredit Bank” ASC, “Texnikabank” ASC, “Dəmirbank” ASC və “Gəncəbank” ASC-də fiziki şəxslərin 17 min manat ekvivalentinədək olan kreditor tələblərinin ödənilməsi davam edir. Kreditor tələbinin ödənilməsi nağdsız qaydada “Kapitalbank” ASC vasitəsilə həyata keçirilir.

Ləğv prosesində olan banklarda kreditor tələbi olan fiziki şəxslərdən “Kapitalbank” ASC-nin müvafiq filiallarına şəxsiyyətlərini təsdiq edən sənədlə müraciət edilməsi xahiş olunur.

Azvision.az



Teqlər: Fond   Kredit   Müraciət  





Xəbər lenti