Azərbaycanın turizm brendi Londonda mükafatlandırıldı

Azərbaycanın turizm brendi Londonda mükafatlandırıldı
  08 Noyabr 2019    Oxunub:1882
Azərbaycanın “Bir daha bax” (“Take another look”) şüarına əsaslanan turizm brendi Londonda turizm üzrə keçirilən “City Nation Place Global” (“Şəhər Millət Məkan Qlobal”) forumunda mükafata layiq görülüb.
Dövlət Turizm Agentliyindən Azvision.az -a verilən məlumata görə, müxtəlif regionlardan olan 24 nominant ölkə arasında 5 kateqoriya üzrə keçirilən müsabiqədə Azərbaycanın ölkə turizm brendi “Dizaynın ən yaxşı istifadəsi” nominasiyası üzrə qalib olub.

Müsabiqənin nəticələri Böyük Britaniyanın “City Nation Place” (“Şəhər Millət Məkan”) adlı tədbirlər və marketing üzrə ixtisaslaşmış nüfuzlu təşkilatı tərəfindən hər il “Dünya Səyahət Bazarı” sərgisi ərəfəsində keçirilən qlobal forumda elan olunub. Artıq 5-ci ildir ki, forum dayanıqlı turizmi inkişaf etdirmək, turizmə investisiysa qoyuluşlarını stimullaşdırmaq və daha çox insanı bu prosesə cəlb etmək məqsədi ilə dünya turizm sənayesinin iştirakçılarını bir araya toplayır.

Xatırladaq ki, müxtəlif ölkə və regionların brend, marketing, kommunikasiya üzrə turizm məhsulları arasında keçirilən müsabiqədə “Dizaynın ən yaxşı istifadəsi” nominasiyası məkanın brend startegiyasının araşdırılması, kreativ yanaşma, hədəf auditoriya ilə iş və s. kimi xüsusiyyətlər nəzərə alınaraq verilir.

Azərbaycan turizminin qlobal bazarda tanıdılması üçün hazırlanan yeni turizm brendinin əsas simvolları - bir-birilə əlaqəli şəkildə təqdim olunan yeni loqo və şüar dünyanın brendinq üzrə tanınmış şirkəti “Landor” tərəfindən hazırlanıb. Yeni brendin beynəlxalq ictimaiyyətinə təqdimatı 2018-ci ilin noyabrında Londonda keçirilən “Dünya Səyahət Bazarı” sərgisində baş tutub.

Azvision.az



Teqlər: Turizm  





Xəbər lenti