Bələdiyyə sədrinin evinə basqın edən şəxslər saxlanılıb - Yenilənib

Bələdiyyə sədrinin evinə basqın edən şəxslər saxlanılıb -  Yenilənib
  11 Noyabr 2019    Oxunub:5385
Sabirabad rayonunda quldurluqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, noyabrın 1-də Sabirabad rayonu ərazisindən quldurluq hadisəsi barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olib.

Dərhal Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla müəyyən edilib ki, həmin gün Qaratəpə kəndindəki evə girmiş maskalı şəxslər ev sahibəsinin ağzını yapışqanlı lentlə bağlayıb, onunla birgə yaşayan bacısının isə əllərini və ağzını tutaraq pul vermələrini tələb ediblər. Bu zaman digər ailə üzvləri səsə-küyə gəldiklərindən onlar istədiklərinə nail ola bilməyərək hadisə yerini tərk ediblər.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bu cinayət əməlini törədən şəxslər qısa müddətdə müəyyən edilib. Baş Cinayət Axtarışı İdarəsi, Sabirabad Rayon Polis Şöbəsi və Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini E.Abdullayev və Qaratəpə kənd sakini Fikrət İsgəndərov saxlanılıblar.

Qeyd edək ki, evinə basqın edilən şəxs Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, Sabirabad rayon Qaratəpə bələdiyyəsinin sədri Fatma Hüseynovadır.

Azvision.az


Teqlər: Sabirabad   Quldurluq  





Xəbər lenti