“Qeyri-neft sektorunda əhəmiyyətli artım gözlənilir” - Mikayıl Cabbarov

  12 Noyabr 2019    Oxunub : 1115
 “Qeyri-neft sektorunda əhəmiyyətli artım gözlənilir” - Mikayıl Cabbarov
Gələn il qeyri-neft sektorunda əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır.
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir.

“Görülən işlən nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir”.

M.Cabbarov qeyd edib ki, Ümumi Daxili Məhsulun gələn il 3%, növbəti illərdə isə 3,3% artacağı proqnozlaşdırılır: “Gələn il üçün inflyasiyanın 4,6%, sonrakı il üçün isə 4% ətrafında olacağı proqnozlaşdırılır. Növbəti ildə neft-qaz sektorunda 1,6%, sonrakı 3 ildə isə 3% artımı proqnozlaşdırılır. Bu ilin 9 ayında qeyri-neft senayesində əlavə dəyər 16,6% artıb. Növbəti ildə aqrar sektorda 4,8%, sonrakı 3 ildə orta hesanbla 4,3% artım gözlənilir. Cari ilin 9 ayında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 9,5% artaraq 2,4 milyon nəfəri ötüb. Növbəti illərdə yeni turizm zonalarının yaradılması, viza rejiminin sadələşdirilməsi, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, hava əlaqələrinin yaxşılaşdırılması, özəl investisiyaların cəlb edilməsi bu sahənin inkişafına təkan verəcək. Gələn il turizm sektorunda 6%, növbəti 3 ildə isə orta hesabla 5,6% artması gözlənilir. Həmçinin, qarşıdakı illərdə genişzolaqlı internet xidmətlərinin əhatə dairəsi genişləndiriləcək”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Nazir   MikayılCbabarov