Tezliklə Bakıda daha iki Dost Mərkəzi açılacaq
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
S.Babayev əlavə edib ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində artım gözlənilir: “Bu ödənişlər demək olar ki, hər il artırılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: ƏƏSMN