Mənzil növbəsində olan əlil və şəhid ailələrinin nəzərinə!

  Mənzil növbəsində olan əlil və şəhid ailələrinin nəzərinə!
  13 Noyabr 2019    Oxunub:5620
“Azərbaycanda bütün imtiyazlı şəxslərə mənzil təminatı həm səlahiyyət, həm də məsuliyyət olaraq yerli icra hakimiyyətlərindədir. Yalnız 2014-cü ilə qədər mənzil növbəsinə duran Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı cənab prezidentin müvafiq sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, 2014-cü ilin yanvarın 1-dək növbəyə duran insanların siyahısı yerli icra hakimiyyətləri tərəfindən tutularaq, nazirliyə təqdim edilib.

S. Babayev qeyd edib ki, təkcə bu il 934 şəhid ailəsinə və əliliyi olan şəxslərə mənzillər təqdim ediləcək: “Cari ilin sonuna gözləntimiz təxminən növbədə qalan 3 min insanın mənzil təminatı ehtiyacının olmasına dairdir. Növbəti il bu proqram daha genişləndirilərək həyata keçiriləcək. Cənab Prezidentin niyyəti 2-3 il ərzində növbədə duran insanların mənzillə təminatının tam şəkildə həll edilməsindən ibarətdir”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Sahil-Babayev  





Xəbər lenti