MSK “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb

MSK “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
  13 Noyabr 2019    Oxunub:1946
Mərkəzi Seçki Komissiyası 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, layihənin həyata keçirilməsində əsas məqsəd bələdiyyə seçkilərini izləyəcək müşahidəçiləri məlumatlandırmaq və onlara metodiki kömək göstərməkdir.

Nəşrdə müşahidə aparılmasının prinsipləri, eyni zamanda müşahidəçilərin hüquq və vəzifələri ətraflı şəkildə izah edilib.

Yaddaş kitabçası Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında tərtib olunub.

“Müşahidəçilər üçün yaddaş”ı aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən ( www.msk.gov.az ) əldə etmək mümkündür.

Azvision.az



Teqlər: MSK   Müşahidəçi   Bələdiyyə   Seçki  





Xəbər lenti