“ASAN xidmət” UNICEF-lə memorandum imzaladı - FOTOLAR

 “ASAN xidmət” UNICEF-lə memorandum imzaladı -  FOTOLAR
  20 Noyabr 2019    Oxunub:4119
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Azvision.az əbər verir ki, memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin imzalayıblar.



Memorandum uşaq hüquqları sahəsində müxtəlif layihələrin həyata keçirilməsini və əməkdaşlıq çərçivəsində bu sahədə rəqəmsal hökümət üzrə yeni həlləri dəstəkləyən proqramların, birgə innovativ layihələrin reallaşdırılmasını əhatə edir. Həmçinin ASAN könüllüləri tərəfindən uşaq hüquqlarının təşviq olunması, ictimai maarifləndirmənin artırılması planlaşdırılır.



Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Agentliyin rəqəmsal hökumət və innovasiyalar sahəsində layihələri, o cümlədən uşaq hüquqlarının qorunması, təbliği, bu istiqamətdə paytaxtda və regionlarda əhalinin maarifləndirilməsi sahəsində məlumat verib. Diqqətə çatdırılıb ki, Memorandum əməkdaşlığın genişləndirilməsində yeni imkanlar yaradacaq.

UNICEF-in Azərbaycan Respublikasındakı nümayəndəsi Edvard Karvardin bildirib ki, Uşaq Hüquqları üzrə Konvensiyanın 30-cu ildönümünün qeyd olunduğu bir vaxtda uşaqlar üçün bu hüquqların öhdəlikdən reallığa çevrilməsi məqsədilə tərəfdaşlıqların qurulması vacibdir, Qeyd olunub ki, UNICEF və Dövlət Agentliyi arasındakı bu yeni əməkdaşlıq ölkə boyunca minlərlə ailəni uşaq hüquqları və sosial innovasiyalar barədə çox vacib məlumatlarla təmin etməyə kömək edəcək ki, bu da uzunmüddətli faydalı nəticələr göstərəcək.



Qonaqlar məktəb şagirdlərinin hazırladığı “Uşaq hüquqları Konvensiyası: uşaqların gözündə” sərgisi ilə də tanış olublar.

noyabr - Ümumdünya Uşaq Günü kimi qeyd olunur. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib.

UNICEF və “ASAN Könüllüləri” Təşkilatı da Uşaq Hüquqları Konvensiyasının 30 illik Yubileyi ərəfəsində müxtəlif tədbirlər həyata keçirib.





Azvision.az


Teqlər: ASANxidmət   UNICEF   Memorandum  





Xəbər lenti