Sumqayıtda intihara cəhdin qarşısı alındı

Sumqayıtda intihara cəhdin qarşısı alındı
  20 Noyabr 2019    Oxunub:1711
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində Dənizkənarı Bulvarın ərazisində 1 nəfər özünü dənizə atmağa cəhd edərək intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.​

Azvision.az



Teqlər: FHN   Sumqayıt  





Xəbər lenti