“Qızların erkən nikaha daxil olması halları azalıb” - Hicran Hüseynova

 “Qızların erkən nikaha daxil olması halları azalıb” -   Hicran Hüseynova
  22 Noyabr 2019    Oxunub:2407
Son 7 ildə Azərbaycanda qızların erkən nikaha daxil olması halları və 15-17 yaşlı qızlar tərəfindən doğulan uşaqların sayı azalıb.
Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 18 yaşa qədər qızların erkən nikaha daxil olmasının ən yüksək həddi 2011-ci ildə qeydə alınıb: "Həmin dövrdə 5138 qız erkən nikaha daxil olub. 2018-ci ildə bu rəqəm 338 olub. 2011-ci ildə 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 4392 idisə, 2018-ci ildə bu rəqəm azalaraq 2129 olub".

Aytən Zəhra
Azvision.az


Teqlər: Hicran-Hüseynova  





Xəbər lenti