Kənd təsərrüfatı məhsullarının istehsalı 7,2 faiz artıb

Kənd təsərrüfatı məhsullarının istehsalı 7,2 faiz artıb
  23 Noyabr 2019    Oxunub:2412
Yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 milyard 900,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, onun 3 milyard 350,8 milyon manatı heyvandarlıq, 3 milyard 549,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 7,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 11,4 faiz artıb.

Azvision.az



Teqlər: Kəndtəsərrüfatı   Məhsul  





Xəbər lenti