Nazir müavini: “Əkilən ağacların sayı 650 mini ötüb”

  06 Dekabr 2019    Oxunub : 2321
 Nazir müavini: “Əkilən ağacların sayı 650 mini ötüb”
"Bugünkü ağacəkmə aksiyası dünyada bənzəri olmayan bir tədbirdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü həm indiki, həm də gələcək nəsillərə xidmət edir. Bizim hədəfimiz 650 min ağac idi. Lakin məlumatlar daxil olduqca görürük ki, əkilən ağacların sayı 650 mini də keçib".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, təkcə SOCAR kollektivi aksiya çərçivəsində 100 min ağac əkib: "Onlar gəmi vasitəsilə 12 min ağacı Çilov adasına göndərib və orada əkiblər. Aksiyada 200-dən çox dövlət qurumu və özəl təşkilat iştirak edib. Əkilən ağacların hamısı nazirliyin tinglik təsərrüfatlarında yetişdirilib. Ümumilikdə, aksiya zamanı 37 növ ağac əkilib. Demək olar ki, tədbirimiz yüksək əhval-ruhiyyə ilə yekunlaşıb".

Azvision.az

Teqlər: ETSN   Ağac