Seçki məntəqələrinə çip oxuyan qurğular paylanılacaq

  14 Dekabr 2019    Oxunub : 2157
 Seçki məntəqələrinə çip oxuyan qurğular paylanılacaq
"Ölkə vətəndaşlarının böyük bir qisminə yeni şəxsiyyət vəsiqələri təqdim olunub. Həmin şəxsiyyət vəsiqələrinin üzərində çip var və vətəndaş haqqında məlumatlar orada toplanıb".
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib. Onun sözlərinə görə, artıq 2500 çip oxuyan qurğu hazır vəziyyətə gətirilib:

"Ölkə üzrə cəmi 5049 məntəqə var. Təxminən gələn həftənin dördüncü gününə kimi bütün seçki məntəqələri çip oxuyan qurğularla təmin olunacaq. Bu gündən həmin qurğunun seçki məntəqələrinə paylanılmasına başlanılacaq. Hesab edirəm ki, bələdiyyə seçkilərində yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunmasında heç bir problem yaranmayacaq”.

Azvision.az

Teqlər: MSK   Seçki