YAP-ın seçki şüarı açıqlandı - FOTO

   YAP-ın seçki şüarı açıqlandı -    FOTO
  17 Yanvar 2020    Oxunub:4039
Xəbər verdiyimiz kimi bu gündən Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqat başlayıb. Bununla əlaqədar partiyalar, seçki blokları və bitərəf namizədlərin seçki şüarları da bəlli olub.
Azvision.az xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyası seçkiyə "Daha güclü Azərbaycan naminə!", "Azərbaycanın gələcəyinə səs ver!" şüarları ilə qatılıb.

Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilərin keçirilməsi bu il fevralın 9-na təyin edilib.




Elvin Abdulqədirov
Azvision.az



Teqlər: YAP   Seçki   Şüar  





Xəbər lenti