YAP pulsuz efir vaxtından imtina edib

 YAP pulsuz efir vaxtından imtina edib
  17 Yanvar 2020    Oxunub:4926
Yeni Azərbaycan Partiyası Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində İctimai Televiziyada pulsuz efir vaxtından imtina edib.
Azvision.az xəbər verir ki, partiya bu addımı bütün namizədlərə bərabər şərait yaratmaq məqsədilə atıb.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır, o cümlədən dövlətdən maliyyələşən dövrü mətbuatda pulsuz təşviqat aparmaq üçün şərait yaradılır. YAP-ın 123 deputatlığa namizədi qeydə alınıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: YAP   Seçki   İTV  





Xəbər lenti