Bakıda 2 otaqlı evdə yanğın olub

  19 Yanvar 2020    Oxunub : 1770
Bakıda 2 otaqlı evdə yanğın olub
Bakı şəhərinin Binəqədi rayonunda 2 otaqlı ev yanıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin (bir hissəsi taxta konstruksiyalardan ibarətdir) yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın