Çingiz Qənizadə 40-cı kənddə görüş keçirdi- Fotolar

  03 Fevral 2020    Oxunub : 2069
Çingiz Qənizadə 40-cı kənddə görüş keçirdi- Fotolar
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə dairəyə daxil olan 40-cı kənddə sonuncu görüşünü keçirib.
Azvision.az xəbər verir ki, deputatlığa namizəd bu dəfə Beyləqan rayonunun Bahar kəndində seçiciləri ilə bir araya gəlib. Çingiz Qənizadə kəndə gedərkən Qarabağ qaziləri onu müşayiət ediblər. Qarabağ qazilərinin və kənd ictimaiyyəti üzvlərinin müşayiəti ilə şəhid abidəsi ziyarət olunub və şəhidlərin ruhuna dualar oxunub.



Kənddə görüş zamanı deputatlığa namizəd yenə də regionların sosial-iqtisadi inkişafından söz açıb. Dövlət başçısı tərəfindən həyata keçirilən vacib işləri qeyd edib. 2019-2023-cü il Dövlət Proqramına uyğun olaraq bu əraziyə aid olan məsələləri vurğulayıb. Həmçinin, bir gün bundan öncə Beyləqan rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin sərəncamının əhəmiyyətindən danışıb.

Çıxış edənlər Çingiz Qənizadə haqqında müsbət fikirlərini bildiriblər. Onun seçicilər üçün əlçatan olduğunu qeyd ediblər. Kənd sakinlərindən biri Çingiz Qənizadəyə müraciət edərkən ona və övladına diqqət və qayğı göstərdiyini, probleminin həll edilməsi üçün dəstək olduğunu deyib. Digər çıxış edənlər deputatlığa namizədin parlament fəaliyyətini və tez-tez efirlərdəki çıxışlarını, edilən müraciətlərə diqqətlə yanaşmasını qeyd ediblər və fevralın 9-u ona səs verəcəklərini bildiriblər.



Daha sonra kənd sakinlərinin xahişi ilə əvvəllər Bahar kəndində olmuş uşaq bağçasının (indi tövləyə çevrilib) indiki vəziyyəti ilə tanış olunub və namizədi çoxsaylı kənd sakinləri müşaiyət edib. Eyni zamanda, kəndin içərisində olan bir neçə problemlər onun diqqətinə çatdırılıb. Deputatlığa namizəd də bütün bunlar haqqında qeydiyyat götürərək seçkilərdən sonra bu məsələlərlə bağlı kəndin nümayəndələrini qəbul edərək müəyyən formada köməklik göstərəcəyini bildirib.









Azvision.az

Teqlər: Namizəd   ÇingizQənizadə