Bu məntəqələrin də nəticələri ləğv edildi

 Bu məntəqələrin də nəticələri ləğv edildi
  18 Fevral 2020    Oxunub:2781
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Milli Məclisə keçirilən seçkilərlə əlaqədar şikayətlərə baxılıb.
Azvision.az -ın məlumatına görə, MSK üzvü Qabil Orucov deyib ki, 9 saylı Binəqədi ikinci seçki dairəsindən qeydə alınmış namizədlər Günel Səfərova və Rəşad Rzayevin şikayətləri eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib:

“Müraciətdə bəzi seçki məntəqələrində seçicilərin sayı az olmasına baxmayaraq, sayın komissiya üzvləri tərəfindən süni şəkildə artırılması, müşahidəçilərə müşahidə aparmağa imkan verilmədiyi qeyd olunub. Şikayətçilər dairənin nəticələrinin ləğvini tələb edib. DSK-ların araşdırma materialları da müraciətə əlavə edilib və araşdırma zamanı müraciətdə təqdim edilən faktlar öz təsdiqini tapmayıb. Yalnız 31 və 35 saylı məntəqələrdə qanun pozuntuları müəyyən olunub. Ona görə şikayətin qismən təmin olunmasını təklif edirəm".

Təklif səsverməyə çıxarılıb və şikayət qismən təmin olunub.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: MSK  





Xəbər lenti