5 seçki məntəqəsinin nəticələri ləğv olundu - YENİLƏNİB

5 seçki məntəqəsinin nəticələri ləğv olundu -  YENİLƏNİB
  19 Fevral 2020    Oxunub:4499
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 30 saylı Suraxanı birinci seçki dairəsindən daxil olan müraciətə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

O bildirib ki, deputatlığa namizəd Samirə Rəfullayeva şikayətində həmin dairənin nəticələrinin ləğvini tələb edib: "Şikayət araşdırıldıqdan sonra bəlli olub ki, 12, 14, 16, 18-ci seçki məntəqələrində qanun pozuntuları var. Həmin məntəqələrin nəticələrinin ləğvini təklif edirəm".

İclasda iştirak edən şikayətçinin tələbi ilə təqdim etdiyi videogörüntüyə baxış keçirilib. Bundan sonra dairənin 1 saylı məntəqəsinin də nəticələrinin ləğvinə qərar verilib.

Səsverməyə çıxarılan təklifə əsasən 30 saylı Suraxanı birinci seçki dairəsinin 1, 12, 14, 16, 18-ci məntəqələrinin nəticələri ləğv edilərək, şikayət qismən təmin olunub.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti