Nuru Paşanın Bakıdakı qərargahı və qaldığı evdən FOTOREPORTAJ

  21 Fevral 2020    Oxunub : 49233
Nuru Paşanın Bakıdakı qərargahı və qaldığı evdən FOTOREPORTAJ
Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və tarixə düşməsində, Bakının Azərbaycanın paytaxtına çevrilməsində Nuru Paşa və Qafqaz İslam Ordusunun əvəzsiz xidmətləri olub.
Azvision.az xəbər verir ki, 1918-ci ilin yay aylarında Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakıya daxil olanda ordu Abşeron rayonunun Qobu kəndində qərargah qurub. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Bakının xilas edilməsi üçün özünə qərargah kimi kənd sakini Kərbəlayi Qasımın evini seçib. Buna səbəb həmin evin kəndin ən yüksək hissəsində yerləşməsi olub.



"Buradan Xəzər dənizini izləmək mümkün idi. O zaman ingilislərə məxsus gəmilər Xəzərin sahillərində lövbər salmışdılar. Qafqaz İslam Ordusu qərargahdan bütun bu prosesləri diqqətlə izləyirdi. Nuru Paşa buranı qərargah kimi istifadə edib. Ordu indiki "Qurd qapısı" adlanan yerdən Bakıya daxil olub. Nəhayət, 1918-ci ilin sentyabrın 15-də Bakı bolşeviklərdən azad edilib", - deyə Qobu sakini Məmmədağa Orucəliyev bildirib.



Kərbəlayi Qasım dövrünün ən imkanlı şəxslərindən biri olub. Qafqaz İslam Ordusu Bakıya gələndə Kərbəlayi Qasım tərəddüd etmədən evini onların istifadəsinə verib. O zamanlar kənd sakinləri türk qoşunlarını təmtəraqla qarşılayıblar.




(Kərbəlayi Qasımın nəvəsi Tofiq Qasımov)


Yüz ildən çox yaşı olan tut ağacından Nuru Paşa və əsgərlərinin də tut yediyi deyilir.




Nuru Paşanın və ordu rəhbərliyinin kənddə qaldığı ev







Nuru Paşanın silah anbarı


Türk əsgərlərin müalicə aldığı hospital


FOTO: Şahin Sərdarov
Azvision.az

Teqlər: Nuru-Paşa   Qobu   Ev   Qərargah