Səfir Münhen debatı barədə məqalə yazdı

  20 Fevral 2020    Oxunub : 1101
Səfir Münhen debatı barədə məqalə yazdı
ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin müəllifi olduğu “Münhen debatı: İki siyasi məktəbin fərqi” sərlövhəli məqalə dərc edilib.
Azvision.az xəbər verir ki, yazıda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ermənistanın baş naziri Nikol Paşinyanın və erməni yalanının ifşa edilməsindən bəhs olunub.

Məqalədə qeyd edilib ki, bu, sadəcə iki siyasətçinin deyil, iki siyasi məktəbin müzakirəsi idi. Prezident İlham Əliyev müasir dialoq siyasətini təmsil edirdi, Nikol Paşinyan isə aqressiv görünürdü və sivil dialoqa hazır deyildi. Eyni zamanda bu debat qlobal və regional geosiyasət arasındakı ziddiyyətləri əyani şəkildə göstərdi.

Səfir vurğulayıb ki, təcavüzkar ölkənin hökumətinin başçısı, manipulyasiya və hətta məlum tarixi həqiqətləri təhrif etməklə əsl mahiyyətdən yayınmağa çalışırdı.

Azərbaycan Prezidenti isə beynəlxalq hüquq normaları çərçivəsində siyasi etika qaydalarına ciddi riayət edərək fikirlərini təmkinlə söylədi və açıq şəkildə mübahisə etdi: "Təsadüfi deyil ki, Ermənistandakı bir çox ekspert və siyasətçi də Prezident İlham Əliyevi bu müzakirələrin qalibi hesab edir".

Məqalədə N.Paşinyanın ifşasına dair digər faktlar da qeyd olunub.

Azvision.az

Teqlər: Səfir