Deputatlığa namizədin iddiası təmin olunmadı

  20 Fevral 2020    Oxunub : 956
Deputatlığa namizədin iddiası təmin olunmadı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Rəşad Qəribovun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, şikayət barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

O bildirib ki, şikayətçi həmin seçki dairəsində səslərin sayılması zamanı pozuntulara yol verildiyni iddia edib: “Araşdırma zamanı bəlli olub şikayətçinin iddiası əsassızdır. Bu səbəbdən iddia təmin edilməməlidir”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki