“Aslanlar”ın taktiki təlim məşqləri - VİDEO

 “Aslanlar”ın taktiki təlim məşqləri -  VİDEO
  25 Fevral 2020    Oxunub:7482
Daxili İşlər Nazirliyi (DİN) “Aslanlar” Xüsusi Təyinatlı Əməliyyat Bölüyünün taktiki təlim məşqləri ilə bağlı video yayımlayıb.
Azvision.az xəbər verir ki, videoda peşəkarlıq səviyyəsi yüksək olan “Aslanlar”ın hüquqpozmaların qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyatların təşkilinə dair taktiki təlim məşqi əks olunub.



Videoda həmçinin, yeni texnika və xüsusi vasitələrlə təmin olunan şəxsi heyətin ictimai qaydanın və təhlükəsizliyin təmini zamanı kütləvi iğtişaşların, cinayətlərin, eləcə də müxtəlif istiqamətlərdə hüquqpozmaların qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyatların təşkilində mövcud hazırlıq səviyyəsi nümayiş etdirilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) “Aslanlar” Xüsusi Təyinatlı Əməliyyat Bölüyü taktiki təlim məşqlərini mütəmadi olaraq həyata keçirir.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: DİN   Polis  





Xəbər lenti