Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verildi

Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verildi
  25 Fevral 2020    Oxunub:3347
“YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamında dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının tərkibi dəyişib.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri və Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Komissiyanın üzvləri sırasına daxil edilib.

Xarici İşlər Nazirliyinə dəyişiklik barədə YUNESKO-ya bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri isə Fərəh Əliyevadır.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti